Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri təsdiq olunub.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanın mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pillələri üzrə aylıq vəzifə maaşlarının məbləği
|
Diplomatik vəzifənin adı |
Ödəniş pillələri |
||||||
|
I |
II |
III |
IV |
V |
VI |
VII |
|
|
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi |
8245 |
8450 |
8660 |
8865 |
9070 |
9275 |
9485 |
|
İdarə rəisinin müavini |
6635 |
6805 |
6970 |
7135 |
7300 |
7465 |
7635 |
|
Müşavir |
6175 |
6330 |
6485 |
6635 |
6790 |
6945 |
7100 |
|
Şöbə müdiri |
4970 |
5095 |
5220 |
5340 |
5465 |
5590 |
5715 |
|
Birinci katib |
4625 |
4740 |
4855 |
4970 |
5085 |
5200 |
5315 |
|
İkinci katib |
4300 |
4410 |
4515 |
4625 |
4730 |
4840 |
4945 |
|
Üçüncü katib |
4000 |
4100 |
4200 |
4300 |
4400 |
4500 |
4600 |
|
Attaşe |
3720 |
3815 |
3910 |
4000 |
4095 |
4185 |
4280 |
Qeyd: Xarici işlər nazirinin və onun müavinlərinin diplomatik vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləği "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 625 nömrəli Fərmanı ilə müəyyən edilir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın məbləği
|
Diplomatik rütbənin adı |
Aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqq (manatla) |
|
Fövqəladə və səlahiyyətli səfir |
550 |
|
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi |
500 |
|
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi |
450 |
|
Birinci dərəcəli müşavir |
400 |
|
İkinci dərəcəli müşavir |
350 |
|
Birinci dərəcəli birinci katib |
300 |
|
İkinci dərəcəli birinci katib |
275 |
|
Birinci dərəcəli ikinci katib |
260 |
|
İkinci dərəcəli ikinci katib |
250 |
|
Üçüncü katib |
225 |
|
Attaşe |
200 |
Qeyd:
Diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına diplomatik rütbəyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - Nazirlik) saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Bu məqsədlə hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Nazirlik üzrə baza aylıq vəzifə maaşlarının (birinci ödəniş pilləsi) 0,8 misli həcmində vəsait Nazirliyin saxlanılması xərclərinin tərkibinə daxil edilir.
Aylıq vəzifə maaşına diplomatik rütbəyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.
Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi artırıldıqda əvvəlki
diplomatik rütbəyə görə əlavə haqqın verilməsi növbəti ayın 1-dən dayandırılır.
Diplomatik xidmət əməkdaşının əvvəlki diplomatik rütbəsi bərpa olunduqda, həmin diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi növbəti ayın 1-dən başlayaraq həyata keçirilir.
Diplomatik xidmət əməkdaşının diplomatik rütbəsi aşağı salındıqda, əvvəlki diplomatik rütbəyə görə aylıq vəzifə maaşına əlavə haqqın verilməsi dərhal dayandırılır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın məbləği
|
Diplomatik vəzifənin adı |
Aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqq (manatla) |
|
Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi |
400 |
|
İdarə rəisinin müavini |
330 |
|
Müşavir |
310 |
|
Şöbə müdiri |
250 |
|
Birinci katib |
230 |
|
İkinci katib |
220 |
|
Üçüncü katib |
200 |
|
Attaşe |
180 |
Qeyd:
Diplomatik xidmət əməkdaşlarının (xarici işlər naziri və onun müavinləri istisna olmaqla) aylıq vəzifə maaşlarına təmsilçiliyə görə əlavə haqqın verilməsi dövlət büdcəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin saxlanılması xərclərində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
Aylıq vəzifə maaşına təmsilçiliyə görə əlavə haqq, diplomatik xidmət əməkdaşına diplomatik rütbənin ilk dəfə verildiyi aydan sonrakı ayın 1-dən başlayaraq, hər ay vəzifə maaşı ilə birlikdə ödənilir.