Daha 4 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil edilib

19 İyun 2026 13:08

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

Milli.Az xəbər verir ki, 3, 5, 33 nömrəli şəhər poliklinikalarının, 3 nömrəli Vərəm Əleyhinə Dispanserin və "Diamed Hospitalın" yanında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub. Bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq 3.28 - "durmaq qadağandır", "5.14" - "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhəsi quraşdırılıb.

Fuad İbrahimbəyov və Cəfər Cabbarlı küçələri, 3 nömrəli şəhər poliklinikasının yanı (taksi duracağı və avtobus zolağında minib-düşmə yeri);

Nəcəf bəy Vəzirov küçəsi, 5 nömrəli şəhər poliklinikasının yanı (minib-düşmə yeri və taksi duracağı);
Neftçi Qurban Abbasov küçəsi, 33 nömrəli şəhər poliklinikası və 3 nömrəli Vərəm Əleyhinə Dispanserin yanı (minib-düşmə yeri və taksi duracağı);
Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsi, "Diamed Hospital"ın yanı  (minib-düşmə yeri).

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)