Müharibə gedən Ukraynada bu görüntülər qınandı - (Video)

19 İyun 2026 12:00

Ukraynalı bloqerin paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, 4 ildən artıqdır davam edən müharibənin kölgəsində çəkildiyi bildirilən videoda insanların əyləncə məclislərində rəqs etməsi və şən vaxt keçirməsi əks olunub. Kadrlarda görünən mənzərə qısa zamanda müxtəlif platformalarda yayılaraq viral olub.

Paylaşım istifadəçilər arasında fərqli reaksiyalara səbəb olub. Bəzi sosial media izləyiciləri insanların çətin şəraitə baxmayaraq normal həyatlarını davam etdirməyə çalışdıqlarını qeyd ediblər. Digərləri isə müharibənin davam etdiyi bir dövrdə bu cür görüntülərin paylaşılmasını tənqid ediblər.

Videonun yayılmasından sonra minlərlə şərh yazılıb və mövzu geniş müzakirə olunub. 

Sözügedən kadrlar qısa müddətdə sosial şəbəkələrin ən çox danışılan mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)