Yumurtanın qiymətinin ucuzlaşmasının əsas səbəbi ölkədə təklifin tələbi üstələməsidir.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.
Onun sözlərinə görə, istehsal sahəsində yumurta bolluğu yaranıb.
"Yaxın gələcəkdə yumurta normal qiymətinə qayıdacaq", - deyə o qeyd edib.
___________
Son günlər ölkə bazarlarında yumurtanın qiymətində ciddi ucuzlaşma qeydə alınıb.
Milli.Az xəbər verir ki, əvvəl 1 ədədi 9-17 qəpiyə satılan yumurtalar hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur. Hətta ayrı-ayrı satış məntəqələrində yumurtanın 1 qəpiyə qədər endirildiyi də bildirilir.
Qiymət enişinin əsas səbəbi kimi mövsümi amillər göstərilir. Yay aylarında yumurta istehlakının azalması, bununla paralel istehsalın artması bazarda təklifin yüksəlməsinə səbəb olur.
Bundan başqa, yumurta ixracının azalmasının da qiymətlərin ucuzlaşmasına təsir göstərdiyi istisna edilmir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)