Röyanın yaşlı kişi ilə "rəqs şousu" gündəm oldu - (Video)

19 İyun 2026 11:15

Tanınmış videoqraf Zeynal Məmmədlinin toy mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, məclisdə qonaqların diqqətini ən çox çəkən şəxslərdən biri isə enerjisi və rəqsləri ilə seçilən ağsaqqal olub. O, səhnədə nümayiş etdirdiyi performansla iştirakçıların alqışını qazanıb.

Görüntülərdə ağsaqqalın Xalq artist Röya Ayxan ilə birlikdə səhnəyə çıxaraq rəqs etməsi və şən əhval-ruhiyyə yaratması əks olunub. Onun hərəkətləri gecəyə xüsusi rəng qatıb və qonaqların marağına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri də videoya laqeyd qalmayıblar. Bir çoxları zarafatla ağsaqqalı "toyun əsl ulduzu" adlandıraraq onun enerjisini və pozitivliyini yüksək qiymətləndiriblər.

Qısa zamanda yayılan görüntülər çoxsaylı baxış və şərh toplayaraq müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)