Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən "Ana-Bala" parkında bir müddət əvvəl abadlıq məqsədi ilə söküntü işlərinə başlanılıb. Sakinlər iddia edirlər ki, parkın ərazisində indi çoxmərtəbəli bina tikiləcək. Bu isə onları narahat edir.
Bəs deyilənlər nə dərəcədə realdır?
Milli.Az xəbər verir ki, sakinlər iddia edirlər ki, park adı ilə həmin yeri söküb bina tikəcəklər.
İddialara cavab olaraq məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin parkda təmir-bərpa işləri həyata keçirilir:
"Tezliklə park sakinlərin istifadəsinə veriləcək. Bina tikintisi nəzərdə tutulan ərazi isə xüsusi mülkiyyətdə olan ərazidir. Orada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında çoxmərtəbəli binanın tikintisinə hazırlıq işləri gedir. Bu sahənin parkın ərazisinə heç bir aidiyyatı yoxdur".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)