Ürək tutması nəticəsində vəfat etdiyi bildirilən Ece İrtemnın son müsahibəsindən görüntülər yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, "Kızılcık Şerbeti" serialı ilə tanınan 35 yaşlı aktrisanın həyat fəlsəfəsi ilə bağlı səsləndirdiyi fikirlər izləyicilərin diqqətini çəkib. Sosial şəbəkələrdə yayılan kadrlarda aparıcının "İndi istiqamət haradır?" sualını cavablandıran Ece İrtem səmimi düşüncələrini bölüşüb.
Aktrisa cavabında taleyə inandığını və hər şeyi Allaha həvalə etdiyini bildirib. O, insanların bəzən həddindən artıq narahat olduğunu vurğulayaraq, həyatın sevgi və şükür üzərində qurulmasının vacibliyindən danışıb.
"Qismət haradırsa, ora gedirəm. Hər şeyi Allaha əmanət edirəm. Çox şeyi beynimizdə böyüdürük, narahat oluruq. Biz şükür etmək və sevgini yaşatmaq üçün dünyaya göndərilmişik", - deyə aktrisa müsahibəsində bildirib.
Yenidən yayılan bu görüntülər sosial media istifadəçiləri arasında duyğusal reaksiyalar doğurub və geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)