Müğənni Fuad Musayev açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, Avropa səfərindən söz açıb.
Sənətçi Almaniyanı xüsusi sevdiyini bildirib:
"Hər dəfə səyahətə çıxanda Almaniya məni özünə çəkir. Bilirsiniz niyə? Çünki nənəmin nənəsi alman olub. Hətta mənə deyirlər ki, arxivləri üzə çıxar, alman vətəndaşlığı al. Deyirəm yox, mən azərbaycanlıyam. Azərbaycanı sevirəm".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)