2026 Dünya Kubokunun B qrupunda Kanada ilə Qətər arasında keçirilən qarşılaşma ciddi zədə ilə yadda qalıb.
Milli.Az xəbər verir ki, Kanadanın 6:0 hesablı qələbəsi ilə başa çatan oyunda milli komandanın 24 yaşlı yarımmüdafiəçisi İsmael Kone ayağını sındırıb.
Hadisə matçın 51-ci dəqiqəsində baş verib. Qətər millisinin futbolçusu Assim Madibonun sərt müdaxiləsindən sonra Kone ağrılar içində yerdə qalıb. Həkimlərin müdaxiləsindən sonra futbolçunun ayağının sındığı müəyyən edilib.
.jpg)
Epizod VAR tərəfindən araşdırıldıqdan sonra baş hakim Madiboya birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub. Hadisədən sonra hər iki komandanın oyunçuları arasında qısa müddətli gərginlik yaşansa da, hakimlər vəziyyəti nəzarət altına ala biliblər.
Qeyd edək ki, qarşılaşma Kanadanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Kanada qrupda xalını 4-ə yüksəldərək növbəti mərhələyə yüksəlmək şanslarını artırıb. Qətər isə 1 xalla son pillədə qalıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)