Artıq 2 və 3-cü qrup üzrə keçirilən imtahanların nəticəsi elan edilib. İmtahanda iştirak etdiyini təsdiq edən ərizəsini təsdiq etmiş 56847 abituriyentdən 2429 nəfər iştirak etməyib. Artıq ali təhsil müəssələrinə qəbul imtahanına cəhd mərhələsi yekunlaşıb.
Bəs bu il ballarla bağlı nə proqnozlaşdırılır?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirib ki, imtahan nəticələrindən bəlli olur ki, abituriyentlər gözlədikləri nəticəni əldə etməyiblər:
"200 baldan 400bala qədər olan ixtisaslarda gərginlik olacaq. 500 baldan yuxarı ixtisaslarda isə enmə müşahidə oluna bilər. 2-ci qrupda artım əsasən maliyyə, iqtisadiyyat və tədrisi ingilis dilində olan fənlər oıa bilər. O cümlədən marketinq, turizm, statistika fənlərində bal enməsi müşahidə oluna bilər. Politologiya, xarici dil, hüquqşünaslıq və müəllimlik ixtisasında bal artımı yüksələ bilər".
Qeyd edək ki, bu il həmçinin Qarabağ universitetində stomatologiya fakültəsi açılacaq. Bu da ixtisas üzrə keçid balının enməsinə səbəb ola bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)