Növbəti köç karvanı Xankəndi şəhərinə çatdı - Yenilənib - (Foto)

19 İyun 2026 12:28

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb və ailələr artıq şəhərə çatıb.

Milli.Az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb.

Bildirilib ki, köç edən şəxslər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.

Xankəndiyə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir.

_____________

Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, bu mərhələdə şəhərə 18 ailə olmaqla ümumilikdə 68 nəfər köçürülüb. 

Bildirilib ki, köçürülən ailələr indiyədək ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlərdən ibarətdir.

Xankəndidə məskunlaşan sakinlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)