Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.
Məlumata görə, Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev Qara dənizdə boğularaq vəfat edib.
Hadisə iyunun 18-də Ureki sahillərində qeydə alınıb. Güclü dəniz axını Marneulidən istirahətə gələn dörd gənci açıq dənizə aparıb. Xilasedicilər qısa müddətdə müdaxilə edərək gəncləri sudan çıxarmağa müvəffəq olsalar da, Elnur Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)