Brent 79 dolları keçdi: Dünya birjalarında son neft qiymətləri

19 İyun 2026 09:25

Qlobal enerji bazarlarında neft qiymətlərində artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan Brent markalı neftin bir barreli 79,16 dollara yüksəlib. ABŞ-ın yüngül xam nefti (WTI) isə 76,01 dollardan satılır.

Analitiklər neft bazarındakı qiymət dəyişikliklərini qlobal tələbat, geosiyasi proseslər və istehsal həcmləri ilə əlaqələndirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)