Kriptovalyuta bazarında satış təzyiqi güclənib. Bazar dəyərinə görə ən böyük iki rəqəmsal aktiv olan "Bitcoin" və "Ethereum" son sutkada dəyər itirib.
Binance birjasının məlumatına görə, saat 06:21 vəziyyətinə "Bitcoin" 2,57% ucuzlaşaraq 62 977 dollar səviyyəsində ticarət olunub. Eyni dövrdə "Ethereum" da 2,77% dəyər itirərək 1 707 dollara qədər geriləyib.
"CoinMarketCap" platformasının 19 iyun tarixli statistikasına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,17 trilyon dollar təşkil edir. Bazarın ən böyük payı 58,1%-lə "Bitcoin"ə məxsusdur ki, bu da 1,26 trilyon dollar dəyərində qiymətləndirilir. "Ethereum"un bazar payı isə 9,5% olmaqla 205,8 milyard dollar səviyyəsindədir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)