DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib

19 İyun 2026 01:03

2026-cı il dünya çempionatında B qrupunda II tura start verilib.

Milli.Az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Oyun İsveçrənin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.

Dünya çempionatı
B qrupu, II tur
18 iyun
23:00. İsveçrə - Bosniya və Herseqovina 4:1

İsveçrə: Kobel - Vidmer, Elvedi, Akanji, Rodriges - Aebişer, Caka, Freuler - Rider, Embolo, Ndoye.

Bosniya və Herseqovina (4-4-2):
Vasily - Kolaşinaç, Katiç, Muharemoviç, Dediç - Alaybeqoviç, Suniç, Tahiroviç, Memiç - Dzeko, Demiroviç.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)