Ağdam rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Milli.Az-ın əldə etdiyi məlumata əsasən, qəza zamanı eyni ailənin üzvləri olan üç bacı 47 yaşlı Mələk Baxşalıyeva, 51 yaşlı Nicat Hümbətova və 45 yaxşlı Məhbubə Zeynalova, eləcə də 4 yaşlı Etibar Hümbətov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
-----------
Ağdam rayonunda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan dörd piyadanı vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)