Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan" qorumağın çox praktik və təbii bir yolu var: Dəfnə yarpağı!
Milli.Az xəbər verir ki, dəfnə yarpağının tərkibində "öjenol" adlı güclü bir maddə var. Bu maddə qarışqa, hamamböceği, milçək və ağcaqanad kimi zərərvericilər üçün əsl "təbii kovucu" rolunu oynayır. Onlar bu qoxunu hiss etdikdə evinizə yaxınlaşmaqdan çəkinirlər.
Evinizi qorumağın 3 sadə yolu:
Tətildən əvvəl pəncərə kənarlarına, qapı astanalarına, dolab içlərinə və həşəratların keçə biləcəyi künclərə quru dəfnə yarpaqları qoyun.
Dəfnə yarpağını suda qaynadaraq "infuziya" (məhlul) hazırlayın. Bu suyu pəncərə ətrafına və künclərə püskürtməklə daha təsirli bir qoruma təmin edə bilərsiniz.
Teras və ya balkonda saxlayacağınız bir dibçək dəfnə bitkisi, həşəratların evə girişini hələ lap başlanğıcda bloklayır.
Eviniz üçün daha 3 "möcüzəvi" faydası:
Dəfnə yarpağı antimikrobiyal xüsusiyyətə malikdir. Evə yerləşdirdiyiniz zaman havadakı bakteriyaları azaldaraq nəfəsalma keyfiyyətini artırır.
Dəfnə yarpağının azacıq yandırılması (tütsü kimi) ətrafa sakitləşdirici və stresi azaldan aromaterapevtik bir qoxu yayır. Evdə rahat və uyumlu bir atmosfer yaradır.
Parlaq yaşıl yarpaqları ilə dəfnə evinizə təbiilik və zəriflik qatır. Həm dekorativ çələnglərdə, həm də stolüstü bəzəklərdə istifadə edərək həm estetik, həm də sağlam bir mühit qura bilərsiniz.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)