Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək

18 İyun 2026 23:39

İranın heç vaxt nüvə silahı olmayacaq.

Milli.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

O, bildirib ki, ABŞ heç vaxt olmadığı qədər güclüdür.

"Neft axır, İran heç vaxt nüvə silahına sahib ola bilməz-dünya təhlükəsiz olacaq! Birjalar sürətlə böyüyür, məşğulluq rekord səviyyədədir və qiymətlər düşür - əlçatanlıq! Ölkəmiz hər zamankından daha güclü, təhlükəsiz və hörmətlidir", - Tramp qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)