Cavan Zeynallının səhhətində problem yarandı

18 İyun 2026 22:34

Xalq artisti Cavan Zeynallının səhhətində problem yaranıb.

Milli.Az xəbər verir ki, bunu aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, bildirib ki, sənətçi səhhətində yaranan problemə görə proqrama gələ bilməyib:

"Cavan Zeynallı verilişimizdə olmalı idi. Özünü nasaz hiss etdiyi üçün gəlmədi. Allah ona ömür versin. Gələn verilişlərdə Cavan müəllimi burada gözləyirik".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)