DÇ-26: Çexiya və CAR xalları bölüşdü

18 İyun 2026 22:11

Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) A qrupunda 2-ci turun ilk oyunu keçirilib.

Milli.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutmuş matçda Çexiya və Cənubi Afrika Respublikası (CAR) milliləri qarşılaşıblar.

Komandalar görüşdə hərəyə bir dəfə qol vurublar - 1:1.

Çexlərdən Mixal Sadilek matçın 6-cı dəqiqəsində, CAR-dan isə Teboho Mokoena 83-cü dəqiqədə penaltidən fərqlənib.

Xatırladaq ki, qrupun 1-ci turunda Çexiya Cənubi Koreyaya 1:2, CAR isə Meksikaya 0:2 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, iyunun 19-da səhər saat 05:00 A qrupunda Meksika və Cənubi Koreya yığmaları da qarşılaşacaqlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)