O da viza ala bilmədi, matçı buraxacaq

18 İyun 2026 21:29

Kot-d'İvuar millisinin hücumçusu Elye Vai Kanada vizası problemi səbəbindən DÇ-2026-nın Almaniyaya qarşı keçiriləcək oyununu buraxacaq.

Milli.Az xəbər verir ki, bu barədə Kot-d'İvuar Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu lazımi icazələri ala bilmədiyi üçün komanda ilə birlikdə Kanadaya yollana bilməyib və ABŞ-da qalaraq yığmanın qayıdışını gözləyəcək.

Qeyd edək ki, Vai Kanada vizası problemi səbəbindən dünya çempionatında oyun buraxan ikinci futbolçudur. Daha əvvəl Qana millisinin yarımmüdafiəçisi Tomas Parti də eyni problemlə üzləşib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)