Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibə fonunda sərt bəyanatla çıxış edib.
Milli.Az xəbər verir ki, Zelenski bildirib ki, Ukrayna Müdafiə Qüvvələrinin Moskva neft emalı zavoduna endirdiyi zərbə Rusiyanın Kiyev-Peçoryan monastırının ərazisinə hücumuna cavab olub.
Ukrayna liderinin sözlərinə görə, Kiyev müharibənin davam etməsini istəmir, lakin hücumlara cavabsız da qalmayacaq:
"Putin bu müharibəyə son qoymaq istəmirsə və onu davam etdirmək niyyətindədirsə, biz də boş oturmayacağıq. Cavabımız güclü və ədalətli olacaq".
Zelenski qeyd edib ki, Rusiya qüvvələrinin monastıra zərbə endirməsindən sonra cavab tədbirlərinin hazırlanacağını əvvəlcədən bəyan etmişdi.
Prezident vurğulayıb ki, Ukrayna müharibəni heç vaxt istəməyib və hazırda da əsas məqsəd döyüşlərin dayandırılmasıdır.
"Biz istəmirik ki, Ukrayna düşmənin hərəkətləri nəticəsində yansın. Amma Ukrayna yanırsa, sizin Moskvanız da yanacaq", - deyə Zelenski bildirib.
O, həmçinin müharibənin dayandırılması və təcavüzə son qoyulmasının vaxtının çatdığını vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)