Erdem Kaynarca saxlanıldı - (Foto)

18 İyun 2026 15:43

Türkiyəli aktyor Erdem Kaynarca saxlanılıb.

Milli.Az xəbər verir ki,aktyorun rol aldığı "Ateş Dənizi" (Od Dənizi) serialının çəkiliş meydançasına qadağan olunmuş maddələrlə bağlı davam edən istintaq çərçivəsində polis qrupları tərəfindən basqın edilib.

Çəkilişlərin aparıldığı fabrikdə hazırlıq mərhələsində olan baş rol aktyoru Erdem Kaynarca polis müşayiəti altında saxlanılıb.

İstintaq prosedurlarına uyğun olaraq, çəkiliş meydançasında polis itlərinin müşayiəti ilə Erdem Kaynarcanın şəxsi avtomobilində ətraflı axtarış aparılıb. Yoxlama zamanı aktyorun avtomobilində və ya üzərində heç bir cinayət və ya qadağan olunmuş maddələr aşkar edilməyib.

Axtarışlar başa çatdıqdan sonra məşhur aktyor hüquqi prosedurlar və rəsmi ifadə verməsi üçün polis müşayiəti altında polis bölməsinə aparılıb.

Bildirilib ki, o, orada dindirildikdən sonra sərbəst buraxılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)