Sumqayıtda kəsilən suyun bərpa olunacağı vaxt açıqlandı - Rəsmi

18 İyun 2026 14:33

Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə müraciət edən sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, su xəttində qəza baş verib:

"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)