Bakıda avtomobildə 45 yaşlı kişinin meyiti tapıldı

18 İyun 2026 13:00

Bakıda ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. İyunun 17-si saat 01 radələrində 1981-ci il təvəllüdlü Binəqədi qəsəbə sakini Zahidu Aslanovun meyiti özünə məxsus "Mercedes" markalı avtomobildə aşkarlanıb.

İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)