Yardımlı rayonunda aparılan tədbirlər zamanı yabanı şəkildə yetişən külli miqdarda narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun məlumatına əsasən, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən "Xaşxaş-2026" profilaktik tədbirləri çərçivəsində Arvana kəndi ərazisində narkotik xüsusiyyətə malik bitkilər müəyyən olunub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1420 kiloqram olan təxminən 6500 ədəd xaşxaş kolu aşkar edilərək məhv edilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)