Sabah bütün pensiyalar ödəniləcək

18 İyun 2026 11:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu iyun ayı üzrə pensiya ödənişlərini sabah tam yekunlaşdıracaq.

Nazirlikdən verilən məlumata görə, iyunun 19-da respublika üzrə bütün pensiyaların vətəndaşların hesablarına köçürülməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunub ki, həmin tarixdə güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin də ödənişləri həyata keçiriləcək.

Beləliklə, sabah ölkə üzrə pensiya ödənişləri tam başa çatdırılmış olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)