Prezident İlham Əliyev: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

18 İyun 2026 10:28

Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq.

Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan dövlətimizin başçısı bunu heç zaman yaddan çıxarmayacağımızı söyləyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)