Azərbaycan Prezidenti: İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik

18 İyun 2026 10:09

Biz iqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik.

Milli.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında bildirib.

Ölkəmizdə həyata keçirilən sosial proqramlara da toxunan dövlətimizin başçısı deyib: "Onlar genişmiqyaslı proqramlardır. Son bir neçə il ərzində biz bir sıra sosial dəstək paketlərini həyata keçirmişik".