Rusiyada toy mərasimində yaşanan hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, yayılan görüntülərdə bəyin dostlarından birinin zarafat etmək məqsədilə toy tortunu yararsız hala saldığı görünür. Lakin bu hərəkət gözlənildiyi kimi qarşılanmayıb.
Hadisədən əsəbiləşən bəy dostunun davranışına sərt reaksiya verib. Zarafat etdiyini düşünən şəxs vəziyyətin ciddiləşdiyini son anda anlayıb. Mərasimdə qısa müddətli gərginlik yaşanıb və görüntülər qonaqların da diqqətini çəkib.
Sosial şəbəkə istifadəçiləri hadisə ilə bağlı iki fərqli mövqe sərgiləyiblər. Bəziləri toy kimi xüsusi gündə belə zarafatların yersiz olduğunu qeyd ediblər, digərləri isə bəyin reaksiyasının həddindən artıq olduğunu düşünüblər.
Qısa zamanda viral olan video internet istifadəçiləri arasında "zarafatın sərhədi harada bitir?" sualı ətrafında geniş müzakirələr yaradıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)