Portuqaliyalı hücumçu Kriştianu Ronaldu böyük turnirdə toxunuşlar baxımından milli komandada ən pis oyununu keçirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə OptaJoe sosial şəbəkədəki şəxsi səhifəsində məlumat verib.
2026-cı il dünya çempionatının ilk turunda Portuqaliya Konqo Demokratik Respublikası ilə 1:1 hesablı heç-heçə edib. 41 yaşlı hücumçu start heyətində meydana çıxıb və bütün oyunu meydanda olub.
Kriştianu Ronaldu Konqo Demokratik Respublikasına qarşı oyunda topa 25 toxunuş edib. Bu, onun tam 90 dəqiqə meydanda olduğu halda Portuqaliya millisində əsas turnir matçında ən az toxunuş sayıdır.
DÇ-2026 Ronaldunun karyerasında altıncı dünya çempionatıdır. Portuqaliya növbəti oyunlarında Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.