"Səbail"in yeni prezidenti açıqlandı

18 İyun 2026 00:17

"Səbail" Peşəkar Futbol Klubunda yeni təyinat gerçəkləşib.

Milli.Az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Klubun İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur "Səbail"in prezidenti vəzifəsinə təyin olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)