Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi

17 İyun 2026 22:17

Astrologiyada bəzi bürclərin xarakterik xüsusiyyətləri münasibətlərdə ünsiyyət və uyğunlaşma proseslərini daha mürəkkəb hala gətirə bilir. Xüsusilə emosional məsafə, qısqanclıq, tənqidi yanaşma və azadlıq ehtiyacı bəzi bürclərin kişilərini partnyorları üçün anlaşılmaz edir.

Milli.Az xəbər verir ki, astrologiya dünyasında "ən çətin bürc" kimi qəti bir tərif olmasa da, bəzi bürclərin xarakteri münasibətlərdə daha çox səbr və anlayış tələb edir. Ünsiyyət tərzi, duyğularını ifadə etmə forması və münasibətlərə baxış bucağı fərqli olan həmin bürclərin siyahısını təqdim edirik:

Əqrəb bürcü kişisi
Əqrəb bürcü kişiləri yüksək emosionallıqları və sirli xarakterləri ilə tanınırlar. Güvən məsələsində olduqca həssas olan Əqrəblər, münasibətlərində qısqanc və şübhəli davranışlar nümayiş etdirə bilərlər.

Duyğularını asanlıqla biruzə verməyən Əqrəb kişiləri incidikləri zaman özlərinə qapanırlar. Bu səbəbdən partnyorları üçün onları anlamaq bəzən ciddi problemə çevrilir.

Dolça bürcü kişisi
Azadlığına düşkünlüyü ilə bilinən Dolça bürcü kişiləri ənənəvi münasibət qəliblərindən xoşlanmırlar. Müstəqil hərəkət etməyi sevən Dolçalar duyğularını açıq şəkildə ifadə etməkdə çətinlik çəkirlər.

Bu vəziyyət zaman-zaman qarşı tərəfdə soyuqluq və məsafə hissi yaradır. Dolça kişiləri münasibətlərdə romantikadan daha çox dostluğa və intellektual uyğunluğa önəm verirlər.

Qız bürcü kişisi
Perfeksionist (hər şeyin mükəmməl olmasını istəyən) quruluşu ilə seçilən Qız bürcü kişiləri detallara həddindən artıq önəm verdikləri üçün tez-tez tənqidi tərəf kimi çıxış edirlər.

Nizamlı və planlı yaşamağı sevən Qızlar həm özlərindən, həm də ətrafdakılardan yüksək nəticələr gözləyirlər. Bu xüsusiyyətləri partnyorlarının üzərində psixoloji təzyiq yarada bilər.

Əkizlər bürcü kişisi
Dəyişkən xarakteri ilə tanınan Əkizlər bürcü kişiləri sürətli fikir dəyişiklikləri və qərarsız addımları ilə diqqət çəkirlər.

Həmişə yenilik axtarışında olan Əkizlər monotonlaşan (rutin) münasibətlərdən tez sıxılırlar. Əhval-ruhiyyələrinin ani dəyişməsi isə qarşı tərəfin onları başa düşməsini çətinləşdirir.

Oğlaq bürcü kişisi
Oğlaq bürcü kişiləri nizam-intizamlı və hədəf yönümlü strukturları ilə tanınırlar. Karyera və uğura böyük önəm verən Oğlaqlar zaman-zaman emosional mövzuları ikinci plana ata bilirlər.

Sadiq və etibarlı tərəfdaş hesab olunsalar da, duyğularını büruzə verməkdə çətinlik çəkdikləri üçün münasibətlərdə məsafəli görünürlər. Onların romantik tərəflərini görmək isə adətən uzun zaman tələb edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)