ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

17 İyun 2026 21:08

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail tərəfinə təqdim edib.

Milli.Az xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu sazişin açıqlanması məqsədəuyğundur. Biz onun surətini İsrailə göndərmişik. Onlar bizim yaxşı tərəfdaşımızdır", - deyə Tramp bildirib.

O, əlavə edib ki, İranla bazar günü əldə olunan razılaşma yaxın vaxtlarda imzalana bilər.

"Mümkündür ki, sabah, yaxud bir gün sonra imzalansın", - deyə ABŞ Prezidenti qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)