Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda meyvə bağları ilə tanış olublar (Foto)

17 İyun 2026 19:14

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonu ərazisində "Agro-Lid" MMC tərəfindən salınmış intensiv meyvə bağları ilə tanış olublar.

Milli.Az xəbər verir ki, iclas iştirakçılarına MMC-nin Xocalı rayonu ərazisindəki fəaliyyətləri haqqında məlumat verilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)