Ukrayna ordusunun keçirdiyi "Aşan" əməliyyatı zamanı təxminən 1000 ədəd PUA üç gün ərzində 800 Rusiya zirehli texnikasını məhv edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna müdafiə naziri Mixail Fyodorov deyib.
"Bu əməliyyat sayəsində ruslar altı ay ərzində genişmiqyaslı zirehli hücumlar həyata keçirə bilməyib. Bu yaxınlarda sözügedən əməliyyatın ikinci mərhələsi başladı: artilleriya lüləsini yarıb keçən xüsusi mərmi hazırlandı və cəmi iki gecə ərzində təxminən 250 Rusiya artilleriya qurğusu məhv edildi", - o bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)