Assanc eyvandan dünyaya səsləndi - FOTOSESSİYA
20 Avqust 2012 11:13
Milli.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o bəyanatını Ekvador səfirliyinin eyvanından oxuyub. Həmin vaxt yüzlərlə dəstəkçisi səfirliyin qarşısına toplaşıb.
Siyasi qaçqın statusu aldıqdan sonra ilk çıxışını edən Assanc ABŞ prezidenti Barak Obamaya müraciət edərək "Wikileaks"in bütün əməkdaşları ilə bağlı araşdırmanı dayandırmağa çağırıb. Assancın fikrincə, ən başlıcası - həbsdən ABŞ ordusunun keçmiş hərbçisi Bredli Menninq buraxılmalıdır.
Qeyd edək ki, əksər hərbi sirləri sayta məhz bu şəxs ötürüb. Bütün çətinliklərə baxmayaraq, "Wikileaks"in dünyada azad söz uğrunda mübarizəni davam etdirdiyini deyən Assanc bu istiqamətdə əsas rəqibi kimi məhz ABŞ hökumətini görür. Assanc çıxışı zamanı eyni zamanda bu günlərdə həbs cəzası alan Rusiyanın məşhur "Pussy Riot" qrupunu dəstəklədiyini vurğulayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: AFP, AP, PA, EPA, Gettyİmages