Bakıda mağaza işçisi obyektdən 10 min manat oğurladı

17 İyun 2026 17:47

Xətai rayonunda mağazalardan birindən 10 min manat pul vəsaiti oğurlanıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada çalışan əvvəllər məhkum olunmuş 32 yaşlı N. Qasımov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)