“Qarabağ” "Vestri"ni keçsə, bu komandalardan biri ilə qarşılaşacaq

17 İyun 2026 15:20

UEFA Avropa Liqasında 2026/27 mövsümünün II təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az xəbər verir ki, komandamızın potensial rəqibləri də müəyyənləşib. I təsnifat mərhələsinin "Qarabağ" - "Vestri" (İslandiya) cütünün qalibi növbəti raundda MOİK (Sofiya, Bolqarıstan) - "Derri" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin ilk matçları iyulun 23-də, cavab görüşləri 30-da keçiriləcək. Komandamız ilk mərhələni adlasa, II təsnifat mərhələsinə evdə başlayacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da keçiriləcək. "Qarabağ" "Vestri"yə qarşı ilk görüşü evdə keçirəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)