21 yaşlı sosial media fenomeni Eylem Çelik məşhur şoumen Mehmet Ali Erbil haqqında diqqətçəkən iddialar səsləndirib.
Milli.Az xəbər verir ki, Çelik bildirib ki, Erbil onunla sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb və aktyorluqla bağlı iş görüşü bəhanəsi ilə görüş təklif edib. Onun sözlərinə görə,o, daha sonra Erbil tərəfindən evinə dəvət olunub.
Gənc qız iddia edib ki, evdə olduğu zaman onun xəbəri olmadan canlı yayım açılıb. Çelik həmçinin Erbilin ona köməkçisi və sevgilisi olmağı, hətta birlikdə yaşamağı təklif etdiyini bildirib.
Yaşananlardan sonra psixoloji sarsıntı keçirdiyini deyən Eylem Çelik Mehmet Ali Erbilə qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı Mehmet Ali Erbil tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)