Sabah Abşeron çimərliklərində dəniz suyu 21-24 dərəcə isti təşkil edəcək

17 İyun 2026 14:54

Abşeron çimərliklərində sabah müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 18-də Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında isə küləyin istiqaməti dəyişərək cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal istiqamətli çimərliklərdə - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada havanın temperaturunun 21-22 dərəcə isti olacağı gözlənilir.

Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda temperaturun 23-24 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)