FHN Şahbuzda tank əleyhinə qumbaraatan mühərriki taparaq zərərsizləşdirdi - (Video)

17 İyun 2026 11:42

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Şahbuz rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb olunublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçirilən təhlükəsizlik tədbirlərindən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd "RPQ-7" tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyən edilib.

Sursat pirotexniklər tərəfindən təhlükəsiz şəkildə ərazidən götürülərək zərərsizləşdirilmək üçün kənarlaşdırılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)