Bakıda ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, hadisə iyunun 15-də Sabunçu qəsəbəsində baş verib. Məlumata görə, 1985-ci il təvəllüdlü F.Mustafayev yaşadığı evin həyətində yanıq xəsarətləri alıb.
Bildirilib ki, onun üzərinə kerosin tökülməsi nəticəsində ağır yanıq xəsarətləri yaranıb. Tibbi müəssisəyə yerləşdirilən şəxs həkimlərin səylərinə baxmayaraq, iyunun 16-da vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)