Ərdoğanın məsləhətinə qulaq asdı: İtaliya Baş naziri Meloni siqareti tərgitdi - FOTO

17 İyun 2026 10:36

İtaliyanın Baş naziri  Corciya Meloni uzun illər davam edən siqaret vərdişindən imtina etdiyini açıqlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meloni bu barədə Fransada keçirilən G7 Zirvəsi çərçivəsində liderlərlə söhbəti zamanı danışıb. O, siqareti artıq tərgitdiyini və bu qərarı bir ay əvvəl verdiyini bildirib.

Söhbət zamanı Almaniya Kansleri Friedrix Merz zarafatla onun siqaretlə bağlı vəziyyətini soruşub. Buna cavab olaraq Meloni "Tərgitmişəm" deyərək siqaretdən uzaqlaşdığını təsdiqləyib.

Onun bu açıqlaması digər Avropa liderləri tərəfindən də müsbət qarşılanıb. Ursula von der Leyen və Antonyo Kosta Melonini təbrik ediblər.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Misirdə keçirilən Qəzza sammitində Recep Tayyip Erdoğan Meloniyə siqareti tərgitməyi tövsiyə etmişdi. Həmin vaxt otaqda olan Emmanuel Macron isə bu mövzu ilə bağlı zarafat etmişdi.

Qeyd edək ki, Corciya Meloni daha əvvəl də uzun müddət siqaret çəkməmiş, lakin sonradan yenidən bu vərdişə qayıtmışdı. Baş nazirin siqareti yenidən tərgitməsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)