Müəllimlərin sertifikatlaşdırılması prosesi artıq start götürüb.
Milli.Az xəbər verir ki, sertifikatlaşdırmanın test mərhələsi 17-19 iyun və 23-25 iyun tarixlərində keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilən məlumata əsasən, imtahanlar paytaxt ərazisində fəaliyyət göstərən 8 müxtəlif imtahan mərkəzində təşkil olunacaq. Bu il ilk dəfə olaraq təsviri incəsənət, musiqi, texnologiya, tarix və fiziki tərbiyə fənlərini tədris edən müəllimlər də sertifikatlaşdırma imtahanına cəlb ediləcəklər.
Bununla yanaşı, fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, eləcə də xarici dillər (ingilis, rus, alman, fransız və Azərbaycan dili - rus bölməsi) üzrə fəaliyyət göstərən müəllimlər də sertifikatlaşdırma prosesində iştirak edəcəklər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)