Mikrofon açıq qaldı, Zelenski ilə Makronun söhbəti ifşa oldu - (Video)

17 İyun 2026 13:02

Fransada keçirilən G7 Liderlər Zirvəsində maraqlı məqam yaşanıb.

Milli.Az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş zamanı açıq qalan mikrofonlar onların ABŞ Prezidenti Donald Trampla bağlı söhbətini qeydə alıb.

Səs yazılarında Makronun Trampla görüşünün çətin keçdiyini dediyi, Zelenskidən onunla görüş planlarını soruşduğu eşidilir. Zelenski belə bir istək bildirdiyini, lakin görüşün hələ dəqiqləşmədiyini söyləyib. Buna cavab olaraq Makron "Mən təşkil edərəm" deyib.

Liderlər daha sonra mikrofonların açıq olduğunu anlayaraq söhbəti alçaq səslə davam etdiriblər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)