Bloqer Nərmin Əliyeva qəzada həyatını itirən bacısı Məryəm Əliyeva ilə bağlı duyğusal paylaşım edib.
Milli.Az xəbər verir ki, "Narmiw.Niko" bloqunun sahibi sosial şəbəkə hesabında bacısının son mənzilə yola salındığını bildirib. O, Məryəmin vəfatından sonra belə insanlara ümid bəxş etdiyini vurğulayıb.
Nərmin Əliyevanın sözlərinə görə, mərhumun orqanlarının bağışlanması sayəsində bir neçə insanın həyatına toxunmaq mümkün olub. O qeyd edib ki, bacısının xeyirxahlığı yalnız sağlığında deyil, dünyasını dəyişdikdən sonra da davam edib.
Bloqer paylaşımında orqan donorluğu nəticəsində bir neçə şəxsin yenidən yaşamaq şansı qazandığını bildirib. O, bu addımın müxtəlif ailələr üçün ümidə çevrildiyini vurğulayaraq bacısı ilə qürur duyduğunu ifadə edib.
Nərmin Əliyevanın paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub və çoxsaylı istifadəçilər tərəfindən mərhumun ailəsinə başsağlığı mesajları ünvanlanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)