Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq

17 İyun 2026 04:04

Paltaryuyan maşınlarda mövcud olan "Zərif yuma" və ya "Asan qulluq" proqramlarının yanlış istifadəsi geyimlərdə bərpaedilməz deformasiyaya və tülənməyə (pambıqlanmaya) yol açır. Aparılan araşdırmalar göstərir ki, istifadəçilər proqramların adına aldanaraq parça növünə uyğun gəlməyən rejimləri seçirlər və bu da tekstil məhsullarının strukturunu korlayır.

Milli.Az xəbər verir ki, mütəxəssislər vurğulayırlar ki, "zərif yuma" rejimi maşındakı ən həssas yuma seçimi deyil. Bu rejim hər geyim üçün deyil, yalnız müəyyən tekstil məhsulları üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi köynək, bluz və poliester kimi sintetik və ya pambıq qarışıqlı parçaların qırışmasını azaltmaq və bununla da ütüləmə prosesini asanlaşdırmaqdır. Güpür və ya incə kətan kimi həddindən artıq zərif parçalar üçün isə bu rejimin mexaniki fırlanma gücü çox yüksəkdir.

Doğru bələdçi geyimlərin etiketindəki simvollardır
Tekstil mütəxəssisləri dözümlü və qalın pambıq parçaların bu rejimdə yuyulmasını məsləhət görmürlər. Qalın pambıqlılar üçün standart "Pambıq" proqramı seçilməlidir. Doğru yuma prosesi üçün maşının üzərindəki proqram adlarına deyil, geyimin etiketindəki beynəlxalq simvollara diqqət yetirmək lazımdır. Etiketdəki ləyən simvolunun altında yer alan qoşa xətt, həmin məhsulun daha aşağı dövriyyədə və xüsusi rejimdə yuyulmalı olduğunu göstərir.

Barabanın həddindən artıq doldurulması effekti pozur
Yuma zamanı edilən digər bir ciddi səhv isə maşının barabanının ağzınadək doldurulmasıdır. Həddindən artıq yüklənmə, hətta doğru rejim seçilsə belə, paltarların yaxşı yaxalanmasına mane olur və parçaları dartıb uzadır.

Zərif və sintetik tərkibli məhsulların təmizliyində parça toxumasını qorumaq və qırışların qarşısını almaq üçün maşının barabanının ən çoxu yarıya qədər doldurulmalı olduğu bildirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)