Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

17 İyun 2026 08:08

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar ilk sırada yer alır. Qida dəyərləri araşdırıldıqda məlum olur ki, yaşıl mərci ən populyar protein mənbəyi sayılan yumurtadan belə daha yüksək proteinə sahibdir.

Milli.Az xəbər verir ki, yaşıl mərci yüksək lifli quruluşu sayəsində bağırsaq sisteminin müntəzəm işləməsini təmin edir və qəbizlik probleminin qarşısını alır. Bədənə qəbul edilən karbohidrat və şəkərin sürətlə enerjiyə çevrilməsini asanlaşdıraraq qan şəkərini normada saxlayır. Bu tənzimləmə prosesi xüsusilə Tip 2 şəkərli diabet xəstəliyinə yaxalanma riskini əhəmiyyətli dərəcədə azaldır. Daimi istifadə edildikdə maddələr mübadiləsini qaydaya salır və həzm sistemini rahatladır.

Ürək-damar sistemi üzərində qoruyucu təsiri olan yaşıl mərci bədəndəki pis xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Damar tutulması riskini minimuma endirir, hüceyrələrin yenilənməsini təmin edərək qocalma prosesini ləngidir.

Zəngin maqnezium və dəmir mənbəyi olan bu paxlalı bitki qan azlığından (anemiya) əziyyət çəkən insanlarda qırmızı qan hüceyrələrinin yaranmasını sürətləndirir. Tərkibindəki sıx B qrupu vitaminləri ilə də sinir sisteminin sağlığını birbaşa qoruma altına alır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)