Cəmil ata olacaq - FOTO

17 İyun 2026 17:00

Azərbaycanlı müğənni Cəmil Əfəndinin ailəsində xoş xəbər yaşanır.

Milli.Az xəbər verir ki, sənətçinin ata olmağa hazırlaşdığı məlum olub. Bu barədə məlumatı onun həmkarı və qısa müddət əvvəl ailə qurduğu həyat yoldaşı Naza Veysəlova sosial şəbəkə paylaşımında açıqlayıb.

Naza Veysəlova həyat yoldaşını təbrik edərkən sevindirici xəbəri də izləyicilərlə bölüşüb. Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini çəkərək maraq doğurub.

Cütlüyün pərəstişkarları onları təbrik edərək xoş arzularını çatdırıblar.

Qeyd edək ki, Cəmil Əfəndi və Naza Veysəlova yaxın vaxtlarda ailə həyatı qurublar. İndi isə sənətçi cütlüyü övlad sevinci yaşamağa hazırlaşır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)